Ağsuda zəlzələnin fəsadları aradan qaldırılır - REPORTAJ

Ağsuda zəlzələnin fəsadları aradan qaldırılır -REPORTAJ

28 Avqust, 12:24 Sosial mediada paylaşın:

Ağsuda ötən ilin fevralında baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər davam etdirilir. Bu məqsədlə Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı sərəncamla Prezidentin ehtiyat fondundan Ağsuya 3 milyon manat ayrılıb. Bu vəsaitin hesabına Ağsuda qəzalı vəziyyətdə olan digər evlər də mərhələli şəkildə təmir olunacaq.

Evləri yaşayış üçün tam yararsız olan vətəndaşlara isə yeniləri tikilərək təhvil verilib.

İndiyədək 234 fərdi yaşayış evi inşa olunub.

Zəlzələnin nəticələrinin aradan qaldırılmasına Heydər Əliyev Fondu da öz töhfəsini verib. Fond tərəfindən Ağsuda 39 fərdi yaşayış evi inşa olunub. 3 ev isə təmir edilərək vətəndaşların ixtiyarına verilib.

Günel Habilqızı

CANLI YAYIM