Yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 1,7 milyard dollarlıq yük daşınıb

Yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 1,7 milyard dollarlıq yük daşınıb

14 Avqust, 12:48 Sosial mediada paylaşın:

Cari ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 854 min 826 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 762 milyon 480 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yeddi ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 318 min 337 ton yükün dəyəri 441 milyon 259 min dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 536 min 488 ton, dəyəri isə 1 milyard 321 milyon 221 min dollar olub.

CANLI YAYIM