"Ticarət obyektlərində sanitar-gigiyena tələblərinə əməl edilməsi ilə bağlı müsbət hal müşahidə edilir"

"Ticarət obyektlərində sanitar-gigiyena tələblərinə əməl edilməsi ilə bağlı müsbət hal müşahidə edilir"

15 Avqust, 12:10 Sosial mediada paylaşın:

İyulun 3-dən bu zamana qədər Dövlət Vergi Xidməti tərəfindən 14 min 509 ticarət obyektində monitorinq aparılıb.

Bu sözləri avqustun 15-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirilib ki, monitorinq aparılan ticarət obyektlərinin 1708-də sanitar-gigiyena tələblərinin pozulması müəyyən edilib. “İyulun 3-dən aparılan monitorinqlər onu deməyə əsas verir ki, ticarət obyektlərində epidemiya rejiminə əməl edilməsi ilə bağlı müsbət hal müşahidə edilir. Belə ki, ilk həftələrdə qaydaları pozan obyektlər 25-30 faiz təşkil etdiyi halda, hazırda bu rəqəm 11,8 faizdir”.

CANLI YAYIM