Rövşən Nəcəf: "Maliyyə dəstəyi paketini ilk olaraq vergi ödəyiciləri alacaqlar"

Rövşən Nəcəf: "Maliyyə dəstəyi paketini ilk olaraq vergi ödəyiciləri alacaqlar"

8 Avqust, 12:55 Sosial mediada paylaşın:

Maliyyə dəstəyi paketini ilk olaraq vergiödəyiciləri alacaqlar. Çünki onlar dövlətimizin başçısının çağırışlarına əməl edərək vergiödəyicisi kimi borclarını yerinə yetirirlər.

Bu sözləri avqustun 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.O bildirib ki, vergiödəyicisi kimi yardım alanlara ştat sayına uyğun olaraq aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək. 250 manat isə daha çox zərərçəkən kiçik fərdi sahibkarlara veriləcək.Nazir müavini qeyd edib ki, müraciət edən vergiödəyicilərinin sayı 29 mindən çox olub. 215 min işçini əhatə edən 98 milyon manat ödənişlər edilib. Ödənişin məbləği aylıq əməkhaqqı fondundan asılı olaraq müəyyən olunub. Kiçik fərdi sahibkarların müraciət sayı isə 107 min olub. Onlara 63,6 milyon manat yardım ödənilib.

"İkinci mərhələdə eyni sahibkarlara dəstək göstərilməsi nəzərdə tutulub. İlk dəfə müraciət edib yardım alanlar ikinci dəfə müraciət etmədən bu dəstəyi alacaqlar. İlk dəfə müraciət etməyənlər isə avqustun 10-dək müraciət edə bilərlər", - deyə R.Nəcəf vurğulayıb.

CANLI YAYIM