AzTV-nin əməkdaşı xərçəng xəstəliyindən vəfat edib

AzTV-nin əməkdaşı xərçəng xəstəliyindən vəfat edib

7 Avqust, 00:48 Sosial mediada paylaşın:

Avqustun 6-da  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Niftiyev Pəhlivan Burat oğlu uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. AzTV-nin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

Qeyd edək ki, Pəhləvan Niftiyev 1992-ci ildən AzTV-də çalışıb. 28 illik əmək fəaliyyəti dövründə televiziyanın RTS sexində elektrik mexaniki, “Səhər” musiqili informasiya proqramında assistent köməkçisi və ASK kompleksində 1-ci kateqoriyalı böyük mühəndis vəzifəsində çalışıb. İşlədiyi müddətdə yüksək məsuliyyəti və peşəkarlığı ilə kollektivin dərin rəğbətini qazanıb.

Allah rəhmət eləsin!

CANLI YAYIM