Azərbaycanda daha 592 nəfər koronavirusdan sağalıb, 279 yeni yoluxma var

Azərbaycanda daha 592 nəfər koronavirusdan sağalıb, 279 yeni yoluxma var

1 Avqust, 17:45 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 32 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib. Aktiv xəstə sayı 5229 nəfərdir. Ötən müddət ərzində 732 min 236 test aparılıb. Bugünkü test sayı isə 7283-dür.

CANLI YAYIM