Ermənilərin təxribatları özündə vandalizm və terror aktlarını ehtiva edir - MÜZAKRƏ

Ermənilərin təxribatları özündə vandalizm və terror aktlarını ehtiva edir - MÜZAKRƏ

30 İyul, 23:17 Sosial mediada paylaşın:

Xaricdə yaşayan azərbaycanlıların düşmən Ermənistanın təxribatı ilə əlaqədar dünya ölkələrini məlumatlandırmaq məqsədilə keçirdikləri dinc aksiyalara erməni daşnaqlarının hücum etməsi, vandalizm hərəkətləri və terrorçuluğu gündəmin əsas müzakirə mövzularındandır.

Los-Ancelesdə ermənilərin dinc soydaşlarımıza qarşı barbarlığı bütün dünyanın gözü qarşısında baş verdi. Erməni radikalları terrorçu hərəkətlərini Avropa ölkələrində, MDB məkanında da həyata keçirdilər. Təəssüflər olsun ki, düşmənin təxribatları fonunda “beşinci kolon”un xəyanətkar mövqeyinin də şahidi olduq. Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Verilişin qonaqları, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və Azərbaycan Naminə Alyans Partiyasının rəhbəri Abutalıb Səmədov mövzu ətrafında fikirlərini səsləndiriblər. Bildirilib ki, ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən təxribatlar özündə vandalizm və terror aktlarını ehtiva edir. Vurğulanıb ki, soydaşlarımız dinc aksiya ilə işğalçı Ermənistanın təxribatlarını dünyaya çatdırmaq niyyəti güdüb. Düşmən ölkənin nümayəndələri isə hər zamankı kimi radikallıqlarını nümayiş etdirib, zorakılığa əl atıblar. Düşmənin mənfur niyyətini dəstəkləyən “beşinci kolon”un nümayəndələrinin hərəkətləri pislənilib. Antimilli qüvvələrin işğalçıya dəstəyinin, onların məkrli mahiyyətini bir daha sübut etdiyi qeyd olunub. “Hədəf”ə “Skayp” vasitəsilə qatılan Türkiyənin hərbi-siyasi eksperti Abdullah Ağar, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza və Fransa parlamentində Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lambert baş verən hadisələrlə bağlı fikirlərini çatdırıblar.

“Hədəf” proqramını tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM