Prokurorluq orqanlarında işləmək istəyənlər imtahan verdi

Prokurorluq orqanlarında işləmək istəyənlər imtahan verdi

10 Avqust, 10:26 Sosial mediada paylaşın:

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi keçirilib. Müsabiqə vakant 80 ştat vahidi üzrə elan edilib.

"Aztv.az"ın məlumatına görə, Baş Prokurorluq və Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil edilən imtahanda 258 namizəd biliyini sınayıb. Nаmizədlərə 100 suаl təqdim оlunub. Müsabiqə qaydalarına uyğun olaraq, test imtahanında 70 və dаhа çох bаl tоplаyacaq namizədlər müsabiqənin növbəti mərhələsinə burахılırlar.

Prokurorluq orqanlarına işə qəbul edilmək arzusunda olan şəxslər üçün müsabiqə 80 ştat vahidi üzrə elan edilib. Qəbul prosesinin aşkarlıq şəraitində, tam şəffaf prosedurlar əsasında və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirilir. İmtahanı qeyri-hökumət və beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri də müşahidə ediblər.

Xatırladaq ki, bu “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq elan edilən sayca 20-ci müsabiqədir.

CANLI YAYIM