Baş nazirin müavini Şahin Mustafayev su məsələsi ilə bağlı bütün suallara “Hədəf”də aydınlıq gətirib

Baş nazirin müavini Şahin Mustafayev su məsələsi ilə bağlı bütün suallara “Hədəf”də aydınlıq gətirib

28 İyul, 22:20 Sosial mediada paylaşın:

Azərbaycanda su probleminin həlli və su təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin aprelində yaradılan xüsusi komissiya məhz həmin sahədə qarşıya qoyulan vəzifələrin həlli ilə məşğuldur.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində həmin komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev Su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı, tədbirlər planından irəli gələn vəzifələr, görülən işlər və qarşıda duran hədəflər barədə fikirlərini bölüşüb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi qonşu ölkələrdən daxil olur ki, bu, vacib amillərdəndir. Ş.Mustafayev çaylarda suyun səviyyəsinin də endiyini bildirib: “Kənd təsərrüfatının inkişafı, içməli su şəbəkəsinin genişləndirilməsi də burada əsas rol oynayır”. Baş nazirin müavini vurğulayıb ki, su probleminin həlli ilə bağlı qısa, orta və uzunmüddətli fəaliyyət planı icra olunacaq. Ş.Mustafayev qeyd edib ki, cənab Prezidentin də bildirdiyi kimi, qarşıda duran hədəf Azərbaycanda içməli su və suvarma suyu ilə təminatın 100 faizə çatdırılmasıdır.

“Hədəf” proqramını tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM