Qarabağ müharibəsi əlillərinə ev və avtomobillərin verilməsi davam etdirilir

9 Avqust, 14:20 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı davam etdirilir.

"Aztv.az"ın məlumatına görə, bu gün Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim olunub.

İl ərzində müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənilir. Artıq 280 avtomobil sahiblərinə təqdim edilib.

Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə 800 mənzil verilməsi planlaşdırılıb. İndiyədək  6 min 764 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub.