“Facebook” canlı yayım funksiyası ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır

“Facebook” canlı yayım funksiyası ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır

15 May, 14:46 Sosial mediada paylaşın:

“Facebook” şirkəti canlı yayım funksiyası ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır. Dəyişikliyə əsasən, sosial şəbəkənin əsas qaydalarını bir dəfə pozan fərdlər müəyyən edilmiş müddətdə canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər. Şirkət bildirir ki, təhlükəsizliyin maksimum artırılması məqsədi ilə qayda pozuntularının siyahısını da genişləndirəcək. Lakin əlavə ediləcək yeni qayda pozuntularının nələrdən ibarət olacağı və məhdudiyyətlərin tətbiq müddəti ilə bağlı məlumat verilmir. Son dəyişikliyin tətbiqində məqsəd sosial media platformasının təhlükəsizliyinin təmin olunmasıdır. Paylaşım və canlı yayım funksiyalarının tənzimlənməsi zərurəti Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə qarşı hücumdan sonra aktuallaşıb.

CANLI YAYIM