Peşə təhsili müəssisələrinə sənəd qəbulu necə davam edir? - REPORTAJ

Peşə təhsili müəssisələrinə sənəd qəbulu necə davam edir? - REPORTAJ

8 Avqust, 16:23 Sosial mediada paylaşın:

Avqustun 5-dən 2019/2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə başlanılıb. Üç gün ərzində peşə təhsili müəssisələrində oxumaq istəyən  3 mindən çox şəxsin müraciəti qeydə alınıb.

Qeydiyyat prosesi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir. Qəbul ümumilikdə 145 ixtisas üzrə aparılır: onlardan 23-ü təsnifata yeni daxil edilib. Daha çox sənaye sahəsini əhatə edən ixtisaslar üzrə kadrlar Koreya standartları əsasında yeni yaradılan Peşə Təhsili Mərkəzində təhsil alacaq. İnformasiya texnologiyaları, turizm, aqrar sahə də yeni ixtisaslar siyahısına daxildir.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Şöbə Müdiri Məcid Bayramlı Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib: “İmkanlardan da istifadə edərək peşə təhsilinin 3 səviyyəsinin 2 səviyyəsində qəbulu aparırırq.  Bu, ilk peşə ixtisas təhsili səviyyəsidir və texniki peşə təhsili səviyyəsidir. Bu, tamamilə yenilikdir peşə təhsilində və bu ildən bu yenilik üzrə qəbul aparılır. İkinci yenilik budur ki, peşə təhsilinin dövlət standartları bu il qəbul olunub. Növbəti tədris ilindən istifadə olunacaq”.

Qeydiyyatlar bütün “ASAN xidmət” mərkəzlərində ödənişsiz formada və elektron qaydada həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrinə müraciət etməklə qeydiyyatdan keçmək olar.

ASAN könüllülər məktəbinin direktoru Cahangir Hacıyev: “Artıq 4-cü ildir ki, biz Dövlət Peşə Agentliyi ilə birgə bu sənətlərin peşə təhsilinə sənətlərin qəbul olunmasını həyata keçiririk. Bu qəbul proseduru “Asan Peşə” layihəsi çərçivəsində keçirilir. Qeyd edim ki, “Asan Peşə” layihəsi peşə təlimçisinin inkişafı ilə bağlı dövlət proqramının bir bəndidir. Və bu istiqamətdə biz peşə agentliyi ilə əməkdaşlıq edirik.

Sənədini təsdiq etdirmək istəyən vətəndaşlar ilk növbədə məlumat köşkünə yaxınlaşıb növbə qəbzi əldə edir. Daha sonra ixtisas seçimi etmək üçün Asan könüllülərə müraciət edir.

Prosesə ASAN könüllüləri də aktiv qoşulub.

 

Səftər Əkbərov (könüllü): “Bizə yaxınlaşan vətəndaşlara peşə seçimində köməklik göstəririk. Minimum 1, maksimum 5 seçim imkanı yaradılıb. İstənilən ünvanda istənilən müəssisənin adını qeyd etməklə ixtisasları seçə bilərsiniz. Amma attestat fərqi olacaq. Məsələn, 9 illik, yoxsa 11 illik attestat. Elə peşə məktəbinin diplomunun yanında 11 illik attestat da veriləcək”.

Səma Alışova (könüllü): “Peşə ixtisası müəssisələrinə sənət qəbulunu həyata keçiririk. Vətəndaş yaxınlaşır. Onun şəxsiyyət vəsiqəsi və attestastını tələb edirik. Bunun vasitəsilə fin kodu yazırıq. Və ixtisas seçimini həyata keçiririk. İxrtisas seçimini həyata keçirərkən biz onu iki nüsxə çap edirik. Bir nüsxəsi vətəndaşda qalır. Bir nüsxə isə bizdə qalır. Yəni vətəndaş razıdırsa, sənətini təsdiqləyirik. 

Sənəd qəbulu ilə bağlı müraciət edən valideynlər göstərilən xidmətdən razı qaldıqlarını deyirlər.

Şəfa Süleymanova (valideyn): “Qardaşım 9 illik məktəbi bitirib. Marağı aşbazlığadır, bir də avtomobil sürücülüyünə. Uşaqlıqdan marağı var. Ona görə gəlmişik burada – “Asan xidmət”də bizə köməklik eləsinlər ki, biz də seçimlərimizi edək.

Hafiz Babaşov (valideyn): “Könüllülərə müraciət etdik. Ərizə yazdıq. Dedilər gedin, yaxınlaşın sənədləri təqdim edin. Biz də sənədləri təqdim elədik. Çox rahatdır”. 

Xatırladaq ki, peşə təhsili müəssisələrində təhsil almaq istəyən vətəndaşlar qeydiyyat üçün avqustun 20-dək “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Aztv.az

 

CANLI YAYIM