Ermənistan ordusu son 6 ayda qeyri-döyüş şəraitində 33 hərbçisini itirib

Ermənistan ordusu son 6 ayda qeyri-döyüş şəraitində 33 hərbçisini itirib

8 Avqust, 13:59 Sosial mediada paylaşın:

Ermənistan ordusu son 6 ayda qeyri-döyüş şəraitində 33 hərbçisini itirib. Hərbi hissələrdə hökm sürən xaos səbəbindən əsgəri xidmətdən yayınma halları da artıb.

Son 6 ayda Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında ölən əsgərlərin sayı 33-ə çatıb. Sonuncu hadisə avqustun 7-də Gümrüdə qeydə alınıb. Samvel Mejlumyan adlı hərbi qulluqçunun cəsədi kəndirdən asılmış vəziyyətdə aşkarlanıb.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuatı katibi Artsun Hovannisyan Facebook səhifəsində paylaşıb. Zabitin qətli ilə bağlı isə heç bir  əlavə məlumat verilmir. 

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti  evlərinə ən yaxşı halda əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır. Hərbi xidmət zamanı ağır yaralanaraq iki ayağını itirən müqaviləli hərbi xidmətçi Hayk Sexilyan özünə kömək axtarır.

1-ci qrup əlil baş nazirinin həyat yoldaşı Anna Akopyanın ona dəstək olmaqdan imtina etdiyini açıqlayıb.  Sitat: “Bir çoxları kimi mən də ayaqlarım üzərində durub normal həyat tərzi keçirmək istəyirəm. Bunun üçün xarici ölkələrin birində əməliyyat olunmağıma ehtiyac var. 3 ildir nə dövlət tərəfindən, nə də imkanlı insanlar tərəfindən mənə kömək olunmur. Sağlamlığımı Ermənistan naminə itimişəm. Əvvəlcədən belə olacağını bilsəydim, fərrarilik edib ölkədən qaçardım.  4 ay əvvəl Anna Akopyan ilə də görüşdüm.  O  söz verdi ki, mütləq təsisçisi olduğu fondun maliyyə dəstəyi hesabına xaricdə müalicəmi təmin edəcək.  3 dəfə yazılı müraciətimə baxmayaraq, hər dəfə cavab yazırlar ki, səninlə əlaqə saxlanılacaq. Lakin indiyə kimi heç kim məmimlə maraqlanmayıb” deyə  Sexilyan bildirir. O, gəncləri hərbidən yayınmağa da çağırıb.

Aztv.az

 

CANLI YAYIM