Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı daha bir qanun layihəsi hazırlanır

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı daha bir qanun layihəsi hazırlanır

15 May, 14:33 Sosial mediada paylaşın:

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı daha bir qanun layihəsi hazırlayır. Baş nazir Tereza Mey bildirib ki, layihə parlamentə iyun ayının ilk həftəsi təqdim ediləcək. Hökumət qanunun tezliklə qəbul edilərək bütün instansiyalardan keçməsində maraqlıdır. Məqsəd Britaniyadan Avropa Parlamentinə seçilmiş deputatların fəaliyyətə başlamasının qarşısını almaqdır. Ölkədə Avropa Parlamentinə seçkilər mayın 23-də keçiriləcək. Qurumun yeni tərkibdə ilk iclası iyulun ikisinə nəzərdə tutulub. Bundan sonra deputatlar yay tətilinə çıxacaq. Parlamentdəki 751 yerin 73-ü Britaniyaya ayrılıb. Qeyd edək ki, ölkə parlamenti Breksit layihəsini 3 dəfə rədd etdiyi üçün ölkənin ittifaqdan çıxma vaxtı oktyabrın 31-nə təyin edilib.

 

 

 

CANLI YAYIM