Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

13 İyul, 16:40 Sosial mediada paylaşın:

Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib. Aktiv xəstə sayı 8617 nəfərdir. Ötən müddət ərzində 576 min 249 test aparılıb. Bugünkü test sayı isə 8015-dir.

CANLI YAYIM