Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı “Hədəf”də müzakirə olunub

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı “Hədəf”də müzakirə olunub

13 İyul, 15:40 Sosial mediada paylaşın:

İyulun 13-də AzTV-nin “Hədəf” verilişində Milli Məclisin deputatları Hikmət Məmmədov və Ramil Həsən ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatın siyasi məqsədlərini müzakirə ediblər.

Ermənistanın daxilindəki ziddiyyətləri, sosial-siyasi gərginlik və beynəlxalq müstəvidə nüfuzunu itirməsini, ölkə daxilindəki  anarxiyanı  təmas xəttində vəziyyəti gərginləşdirməklə ört-basdır etmək cəhdlərini konkret dəlillərlə əsaslandırıblar. Müsahiblər Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsini, ermənilərin məkrli niyyətinin növbəti dəfə puça çıxmasını ətraflı təhlil ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanla bağlı səsləndirdiyi tutarlı arqumentləri yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin, Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib və onların qanının yerdə qalmayacağını bəyan ediblər. Milli Məclisin Komitə sədri Qənirə Paşayeva isəTovuz rayonundan videobağlantı vasitəsilə söhbətə qoşularaq ən son vəziyyət barədə ətraflı məlumat verib.

CANLI YAYIM