Ötən gün Paytaxtın Nizami rayonu ərazisində vətəndaşların istirahəti üçün yaradılmış abad həyətdə maddi qazanc məqsədilə obyekt tikilməsi ilə bağlı reportaj yayımlamışdıq. Sakinlərin də narazılığına səbəb olan obyektin bu gün səhər saatlarından söküntüsünə başlanılıb.
Obyektin sökülməsinə ən çox sevinənlər elə ərazidə yaşayan sakinlərdir.
Bu gün yaşananlar, məsələ ictimailəşəndən dərhal sonra obyektin sökülməsi isə bir daha onu deməyə əsas verir ki, belə həyətlər yalnız və yalnız vətəndaşların istirahətinin rahat təşkili, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün nəzərdə tutulub. Vətəndaşlar üçün yaradılmış bu infrastruktura kənar müdaxilə qəbuledilməzdir. Dövlət üçün bir nömrəli prioritet məsələ vətəndaşların rahatlığının təminidir.
Vüsal Qaraca