Azərbaycan hazırda 3 ölkəyə enerji ixrac edir

Azərbaycan hazırda 3 ölkəyə enerji ixrac edir

10 İyul, 17:10 Sosial mediada paylaşın:

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Ona görə də elektroenergetika sektorunda ardıcıl və kompleks tədbirlər həyata keçirilir, yeni güc mərkəzləri işə salınır. Bunun sayəsində müstəqil Azərbaycan özünü dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməyi bacarır. Bir zamanlar idxaldan asılı olan Azərbaycan hazırda 3 ölkəyə enerji ixrac edir.

Prezident İlham Əliyev tərəfindən irəli sürülən “elektroenergetik inkişaf konsepsiyası” başlıca olaraq ölkə əhalisini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə hesablanıb. Bunun nəticəsidir ki, sözügedən sahədə kompleks tədbirlər həyata keçirilir, yeni generasiya gücləri yaradılmaqla yanaşı, öz potensialını itirmiş yarımstansiyaların fəaliyyəti bərpa olunur.

 

CANLI YAYIM