Marketlərdə karantin qaydalarına əməl edilməsində əsas nöqsan hansılardır? - REPORTAJ

Marketlərdə karantin qaydalarına əməl edilməsində əsas nöqsan hansılardır? - REPORTAJ

8 İyul, 22:02 Sosial mediada paylaşın:

Pandemiyanın ölkə ərazisində kütləvi yayılmasının qarşısını almaq məqsədilə qapalı məkanlarda növbəti dəfə reydlər təşkil olunub.

Açıq havada maska taxmaq məcburi deyil, lakin qapalı məkanlarda maskadan istifadə mütləqdir. Marketlər ərzaq ehtiyacımızı ödəmək üçün icazə alıb getdiyimiz məkan olmaqla yanaşı, həm də virusun yayılma ehtimalının daha çox olduğu yerlərdən biridir. Əməkdaşlarımız marketlərdə karantin qaydalarına necə əməl olunduğunu öyrənmək məqsədilə marketlərdən reportaj hazırlayıb. “Maska taxmadan içəri daxil olmayın”, “əlləri dezinfeksiya edin”, “ara məsafə saxlayın” kimi elanlar hər marketin girişinə vurulub. Təbii ki, bu elanlar əbəs yerə deyil. Vətəndaşlardan karantin qaydalarına əməl edilməsi tələb olunur. Hər kəsin girişdə temperaturu ölçülür, əlləri dezinfeksiya edilir. Bununla yanaşı, satıcılar da qoyulan qaydalara əməl etməyə çalışırlar. Lakin nöqsanlar hələ də var. Qaydalardan biri də iş icazəsinin olmasıdır. Ona görə, market işçilərinin hansı şərtlərlə çalışdıqları da yoxlanılır. Müşahidələrimizdən məlum olub ki, İqtisadiyyat Nazirliyinin keçirdiyi reyd zamanı ciddi qanun pozuntusu aşkarlanmasa da, yol verilən əsas nöqsan ara məsafəsinin saxlanmamasıdır. 

İqtisadiyyat Nazirliyinin şöbə rəisi Rüstəm Mirzəyev deyib ki, 4-7 iyul tarixlərində keçirilən reydlərə əsasən 1025 sahibkarlıq subyektində monitorinq keçirilib: “303 təsərrüfat subyektində nöqsanlar aşkar olunub və protokol tətbiq olunub, onlar cərimələniblər. Aşkar olunan nöqasanlar fiziki şəxslərin işçilərinin maskadan istifdə etməməsi ilə bağlı olur. Bununla yanaşı fiziki məsafənin saxlanmaması da nöqsanlardandır”.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən sahibkarlıq subyektlərində ciddi  qanun pozuntusu aşkarlandığı zaman fiziki şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimələnirlər.

Leyla Abbasova, Zaur Bayramov

CANLI YAYIM