Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

8 İyul, 18:30 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir. Ötən müddət ərzində 537 min 230 test aparılıb. Bugünkü test sayı isə 7355-dir.

CANLI YAYIM