Pandemiya dövründə Azərbaycan diasporunun fəaliyyəti “Hədəf”də

Pandemiya dövründə Azərbaycan diasporunun fəaliyyəti “Hədəf”də

8 İyul, 14:57 Sosial mediada paylaşın:

İyulun 8-də Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində pandemiya dövründə Azərbaycan diasporunun fəaliyyəti, təşkilatlanma istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb. Mövzu Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov  və tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının iştirakı ilə müzakirə olunub.

Müsahiblər informasiya-kommunikasiya texnolgiyalarından istifadə etməklə həyata keçirilən innovativ layihələr, diğər xalqların diaspor təşkilatları ilə əlaqələr və başqa strateji hədəflər barədə fikirlərini bölüşüblər. Verilişdə xaricdəki diaspor təşkilatları ilə videokonfrans formatında yaradılan təmaslar, soydaşlarımız arasında milli kimliyin qorunub saxlanılması, multikultural və tolerantlıq dəyərlərinin təbliği, Qarabağ həqiqətlərinin yayılması kimi mühüm məsələlər təhlil edilib. Iqtisad elmləri üzrə fəlsəfə doktoru Günel Səfərova isə Fransadan videobağlantı vasitəsilə söhbətə qoşularaq Azərbaycan diaspor gəncləri şəbəkəsi və Avropadakı tələbələrlə bərabər aparılan işlər barədə ətraflı məlumat verib.Türkiyədən videoformat şəklində studiyadakı müzakirələrə qatılan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar da diasporla əlaqə sahəsində görülən işləri yüksək dəyərləndirib və təşkilatlanmanın zəruri olduğunu xüsusi vurğulayıb.

CANLI YAYIM