Hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

Hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

7 İyul, 21:04 Sosial mediada paylaşın:

Nazirlər Kabinetinin 19 iyun tarixli qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

Əvvəllər icazəsi olan, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasındakı fəaliyyət istiqamətləri və təsnifat kodları dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib. Belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Qarayev bildirib ki, xidmətə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrəvergi ödəyicilərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilir: “Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər”.

Bununla yanaşı, sui-istifadə hallarının qarşısının alınması məqsədilə fəaliyyət istiqamətləri və təsnifat kodlarının dəqiqləşdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlər yalnız araşdırıldıqdan sonra məlumatlarda dəyişiklik edilir.

Yeri gəlmişkən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət, həmçinin vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlər də keçirilir.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Mirzə Mirzəyev qeyd edib ki, indiyədək 11 minədək təsərrüfat subyektində monitorinq aparılıb: “Bunların 5200-dən çox təsərrüfat subyektində karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib. 4-6 iyun tarixlərində 830-dək təsərrüfat subyektində aparılmış monitorinqlər zamanı bu obyektlərin 230-daepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib”.

Qeyd edək ki, nöqsana yol vermiş vergi ödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. Hazırda monitorinqlər davam etdirilir.

Samir Oruc

CANLI YAYIM