Ermənistanın gülünc və dilənçi duruma düşməsi “Hədəf”də müzakirə olunub

Ermənistanın gülünc və dilənçi duruma düşməsi “Hədəf”də müzakirə olunub

7 İyul, 15:06 Sosial mediada paylaşın:

İyulun 7-də Milli Məclisin deputatı Arzu Nağıyev və politoloq İlqar Vəlizadə Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı olublar.

Onlar Prezident İlham Əliyevin Bakının Xətai rayonunda modul tipli xəstəxananın açılışında Ermənistanın düşdüyü gülünc və dilənçi vəziyyət, eləcə də, həmin dövlətin faşist mahiyyəti barədə söylədiyi fikirləri şərh ediblər. Arzu Nağıyev Ermənistanın siyasi və iqtisadi acizliyinin səbəblərini konkret detallarla əsaslandırıb. O, işğalçı ölkənin beynəlxalq aləmdə təcrid olunması, ianələr və yardımlar diləməsi, erməni lobbisi və havadarlarının fəaliyyətinə, həmçinin Azərbaycanın nüfuzunun getdikcə artmasına misallar əsasında aydınlıq gətirib. Politoloq İlqar Vəlizadə isə bildirib ki, Ermənistanda qeyri-legitim hakimiyyət üzərində qurulan siyasi sistem ölkə daxilindəki gərginlik fonunda çökür. O, həmçinin, Ermənistanın Avropa ölkələri qarşısındakı öhdəliklərini yerinə yetirməməsinin səbəb və nəticələrindən söz açıb, Ermənistanın təxribatçı addımlarına Avropa Parlamentinin sərt reaksiyasından danışıb. Müsahiblər Azərbaycan Prezidentinin tarixi faktlara söykənən çıxışları ilə Ermənistan rəhbərliyini çətin duruma salan fikirlərini də ətraflı müzakirə ediblər.

CANLI YAYIM