Koronavirusdan qorunma yolları: Mütəxəssislərin iştirakı ilə “Çıxışa doğru”da maraqlı müzakirə olub

Koronavirusdan qorunma yolları: Mütəxəssislərin iştirakı ilə “Çıxışa doğru”da maraqlı müzakirə olub

6 İyul, 20:58 Sosial mediada paylaşın:

Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimində vətəndaşların davranış qaydaları günün əsas müzakirə mövzularından biridir. Qaydalara əməl edilməməsinin koronavirusa yoluxmanı artırdığı danılmaz faktdır. Amma bəzi vətəndaşlar məsuliyyətini dərk etməyərək özünü də, ətrafdakıları da xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qoyurlar.

Mütəxəssislər isə bildirirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının da, dünya tibb aləminin də çıxış yolu kimi gördüyü vasitələrdən istifadə etməlidirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət etməklə koronavirusa yoluxmanı azaltmaq mümkündür.

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində elə bu məsələlər müzakirə olunub. Verilişin qonağı olan mütəxəssislər bildiriblər ki, koronavirusun vaksini tapılmadığından, hələlik qəbul olunan qaydalara, yəni tibbi maskadan istifadəyə, fiziki məsafə saxlamağa və gigiyenaya əməl etməlidirlər. Verilişdə uşaqların koronavirusa yoluxmasının qarşısını almaq üçün valideynlərin davranış qaydaları izah edilib. “Çıxışa doğru”da həmçinin virusa yoluxanların yaşı məsələsi, sağalan insanların sonrakı davranışları, ev şəraitində müalicə kimi məsələlər təhlil edilib. Qeyd edilib ki, ev şəraitində müalicə mümkündür, amma insanların özbaşına dərman preparatlarından istifadə etməsi təhlükəlidir.

“Çıxışa doğru” verilişini “YouTube” kanalımızdan da izləyə bilərsiniz.

CANLI YAYIM