Ölkədə yaradılan sənaye parklarında indiyədək 40-dan çox rezident qeydiyyata alınıb. Bu il daha 10 rezident fəaliyyətə başlayacaq. Ümumilikdə, sənaye parklarında bu vaxtadək 1 milyard 500 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub.
Hazırda ölkədə 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir.
İlin sonunadək isə Azərbaycan istehsalçılarının növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulur. İlin birinci yarısında ixracatçıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib.
Aztv.az