İxtisas seçimi bu gün başa çatır

İxtisas seçimi bu gün başa çatır

6 Avqust, 16:07 Sosial mediada paylaşın:

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Abituriyentlər, həmçinin subbakalavrlar qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçərək ərizələrini təsdiqləməlidirlər. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər. I-IV qruplar üzrə ümumilikdə 46 min 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ qazanıb.

 Aztv.az

CANLI YAYIM