“Azərbaycantelefilm”in “Qafqaz Neoliti” filmi sentyabrda yayımlanacaq

“Azərbaycantelefilm”in “Qafqaz Neoliti” filmi sentyabrda yayımlanacaq

6 Avqust, 15:25 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq  Birliyində istehsalı başa çatan “Qafqaz Neoliti” adlı sənədli film Azərbaycanın 8 min yaşlı Neolit dövrü abidələrinə həsr olunub.

Kür çayının orta axarında, Tovuz rayonunda yerləşən, dünya arxeoloqlarının Qafqaz Neoliti adlandırdıqları bu qədim abidə kompleksi Azərbaycanın ilkin sivilizasiya yollarından soraq verir. Göytəpə arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin, Yaponiya, Fransa, İtaliya alimlərinin çıxışları, canlı arxeoloji qazıntılar, unikal tapıntılar bir-birini əvəz və davam etdirir, film bütöv tarix, sivilizasiya obrazını canlandırır.

Filmin ssenari müəllifi Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, operatoru Elxan Rüstəmov, montaj rejissoru Yaqub Həsənov, səs rejissoru Ceyhun Ağayev, prodüseri Ramiz Həsənoğludur.

Filmin sentyabrda ekranlara çıxacağı gözlənilir.

CANLI YAYIM