Narkomaniyanın qarşısı necə alınmalıdır? – “Çıxışa doğru”da müzakirə

Narkomaniyanın qarşısı necə alınmalıdır? – “Çıxışa doğru”da müzakirə

2 İyul, 19:25 Sosial mediada paylaşın:

Qlobal bəla olan narkomaniya Azərbaycandan da yan keçməyib. Bu gün ölkəmizdə narkomaniyadan əziyyət çəkən insanlar var ki, onların müalicəsi, sağalması üçün tədbirlər görülür. Eyni zamanda bu bəlaya vətəndaşlarımızın, xüsusən də gənclərimizin düçar olmaması üçün dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkomaniyanın qarşısının qətiyyətli şəkildə alınması tədbirləri mütəmadi olaraq görülür. Bununla yanaşı müxtəlif dövlət və Qeyri Hökumət Təşkilatları (QHT) vətəndaşlar, gənclər arasında bu bəlanın faciələrə səbəb olduğu haqqında təbliğat aparılır. Amma yenə də narkotik asılılığına düçar olanlar var. Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində bu məsələ müzakirə olunub. Verilişdə qonaq olan ekspertlər narkomaniyanın qarşısının alınması istiqamətində görülən və görülməli olan tədbirlərlə bağlı fikirlərini səsləndiriblər.

Verilişi tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM