“Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir

“Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir

1 İyul, 12:20 Sosial mediada paylaşın:

Azərbaycan “Davamlı inkişaf hesabatı-2020” sənədində 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb.

Yəni, mümkün 100 baldan 72,6 bal toplayaraq hər üç ölkədən ikisini qabaqlaya bilib. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu fakt bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malikdir.

CANLI YAYIM