Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və AzTV Bakının bir neçə rayonunda monitorinq keçirib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və AzTV Bakının bir neçə rayonunda monitorinq keçirib

30 İyun, 22:22 Sosial mediada paylaşın:

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası və Azərbaycan Televiziyası (AzTV) birlikdə Bakının bir neçə rayonunda monitorinq keçirib.

Monitorinqin məqsədi ölkəmizdə Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məsələsində ictimai dəstəyi təmin etməkdir. Müşahidələrə əsasən demək olar ki, paytaxtda karantin qaydalarına əməl edənlərin sayı, maskadan istifadə çoxalıb. Amma hələ də məsuliyyətsizlik edənlər də var. Monitorinq zamanı QHT nümayəndələri vətəndaşlara koronavirusun təhlükələri, xəstəlikdən qorunmağın vacibliyi haqqında məlumatlar veriblər.

CANLI YAYIM