Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı tədbirlər keçiriləcək

5 Avqust, 17:15 Sosial mediada paylaşın:

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun göstərişinə uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə avqust ayı ərzində silsilə tədbirlər keçiriləcək.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər Şirvan, Yevlax, Salyan, Şəmkir, Göygöl, Tovuz, Gədəbəy, Hacıqabul, Saatlı, Sabirabad şəhər və rayon icra hakimiyyətlərində Komissiyanın İşçi Qrupu ilə birgə təşkil ediləcək.

Tədbirlər çərçivəsində şəhər/rayon komissiyalarına metodiki kömək göstəriləcək və onlar zəruri əyani vəsaitlərlə təmin olunacaq.