Elektrik qatarlarının hərəkəti məhdudlaşdırılır

Elektrik qatarlarının hərəkəti məhdudlaşdırılır

29 İyun, 17:43 Sosial mediada paylaşın:

Abşeron dairəvi dəmir yolu üzrə elektrik qatarlarının hərəkəti məhdudlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, sabahdan Bakıdan saat 16:20-də yola düşən Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən Sumqayıt-Xırdalan-Bakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır. Buna səbəb kimi Nazirlər Kabinetinin qərarına əsasən karantin rejiminin müddətinin avqustun 1-dək uzadılması göstərilir. Bildirilir ki, sərnişin sayının azalması nəzərə alınaraq belə qərar verilib. Qərar xüsusi göstərişədək qüvvədə qalacaq.

CANLI YAYIM