Prezidentin xüsusi sessiya çağırılması ilə bağlı təklifi “Hədəf”də müzakirə olunub

Prezidentin xüsusi sessiya çağırılması ilə bağlı təklifi “Hədəf”də müzakirə olunub

29 İyun, 16:40 Sosial mediada paylaşın:

Milli Məclisin deputatı Arzu Nağıyev və hüquq üzrə fəlsəfə doktoru, Demokratiya və İnsan hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu gün AzTV-nin “Hədəf” verilişinin qonağı olublar.Onlar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı təklifinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Verilişdə Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatına üzv olan ölkələrin videoformatda keçirilən görüşlərində, həmçinin digər beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın dövlət başçısının qətiyyətli mövqeyi şərh olunub.

Müsahiblər koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycanın bəzi ölkələrə yardımı və pandemiya şəraitində ÜST ilə əməkdaşlığının digər ölkələr üçün nümunə olmasından danışıblar. Onlar həmçinin Ermənistanın bu məsələdə özünü rüsvay etməsini konkret faktlarla təhlil ediblər.

Sonda isə qonaqlar Azərbaycan vətəndaşlarını virusla bağlı məsələyə ciddi yanaşmağa, cərimə olunmamaq üçün qaydalara riayət etməyə, sağlamlıqlarına biganə qalmamağa və məsuliyyətli olmağa çağırıblar.

CANLI YAYIM