Azərbaycan Ticarət Evlərinin sayı artırılır

5 Avqust, 14:36 Sosial mediada paylaşın:

Dövlət başçısının tapşırıqlarına əsasən, xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə məhsulların təqdim edilməsi və ixracın genişlənməsi məqsədilə xarici ölkələrdə Azərbaycan Ticarət Evlərinin sayı artırılır. Qazaxıstanın paytaxtı Nur-Sultanda, həmçinin Mərkəzi Avropa ölkələrində ticarət evlərinin açılması nəzərdə tutulur.

Ümumilikdə, 5 ölkədə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət evləri həm də ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verir.