Milli Məclis yeni cərimələri təsdiqləyib

Milli Məclis yeni cərimələri təsdiqləyib

29 İyun, 13:13 Sosial mediada paylaşın:

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib.

Gündəliyə 17 məsələnin daxil edildiyi iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Parlament karantin qaydalarının pozulmasına görə yeni cərimələri təsdiqləyib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcəklər. Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə olunacaqlar. 

 

CANLI YAYIM