Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-nin "Həftə" proqramının qonağı olub.
O, Prezident İlham Əliyevin beynəlxalq formatlarda keçirilən görüşlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanı dəfərlə gülünc və çıxılmaz vəziyyətə salmasından danışıb. H.Hacıyev bildirib ki, Ermənistanda mövcud olan xunta və diktatura rejimi ölkəni böhrana sürükləməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə də ciddi zərbə vurur. O, həmçinin, Ermənistanda gedən siyasi proseslərin dalana dirənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasəti aparılması, demoqrafik göstəriciləri dəyişmək cəhdləri, təbii sərvətlərin talanması və digər qeyri-qanuni əməllərdən danışıb. Azərbaycanın dünya ölkələri tərəfindən dəstəklənməsi və ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı münasibət göstərdiklərini deyən Hikmət Hacıyev Prezident İlham Əliyevin dünya liderləri arasında olan böyük nüfuzu, son günlər beynəlxalq görüşlərdə atılan uğurlu addımlar, eyni zamanda, işğalçı dövlətin region ölkələri üçün də təhlükə yarada biləcək avantürist hərəkətlərindən bəhs edib. Ətraflı məlumatı təqdim etdiyimiz videolinkdən öyrənə bilərsiniz.