XI Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir

5 Avqust, 12:26 Sosial mediada paylaşın:

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il musiqisevərlər üçün əsl bayrama çevrilir. Tamaşaçılar yerli və dünya musiqi incilərindən zövq alırlar. Festivalının beşinci günündə olduğu kimi.

2009-cu ildən keçirilən və ənənə halını alan Qəbələ Musiqi Festivalı beynəlxalq miqyasda böyük maraqla qarşılanır. Xaricdən ölkəmizə təşrif buyuranlar Qəbələdə olduqdan və  festivalda iştirak etdikdən sonra Azərbaycanın mədəniyyəti haqqında yeni məlumatlar əldə edir, zəngin  təəssüratla ayrılırlar.

İlahə İsrafilova (bəstəkar):

-      Musiqi bayramının yüksək səviyyədə təşkil olunması, iştirakçılara hər bir şəraitin yaradılması dinləyicilərdə və musiqiçilərin də ürəyincədir.

Zümrüd Məmmədova (Xalq artisti) :

- Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında təşkil olunan  konsertdə  “Clarte” kvartetinin çıxışı isə böyükdən-kiçiyə hər kəsin zövqünü oxşadı.

Kənan Məmmədli (tamaşaçı):

- Kamera zalında bir səhnəni bölüşən Gənclərə Dəstək layihəsinin iştirakçılarının çıxışları konsertə xüsusi rəng qatdı.

Ayla Kərimova-Zəkəriyyə (“Gənclərə Dəstək” layihəsinin koordinatoru):

-   Mədəniyyət sarayında  “Kiyev virtuozları” Simfonik Orkestrinin ifası da olduqca maraqlı idi. Gecədə dünyaşöhrətli bəstəkarlardan Jorj Bize, Eduard Elqar, Pyotr İliç Çaykovski, Friderix Şopen, Pablo de Sarasate, İohann Ştrausun əsərləri səsləndirildi.

Nərmin Nəcəfli (piano ifaçısı):

-  XI Qəbələ Beynəlxalq Musiqi Festivalının beşinci günü də zəngin repertuarla musiqi bayramının tarixinə düşdü.

Aztv.az

CANLI YAYIM