ABŞ-da son bir gündə koronavirusa 31 mindən çox yoluxma qeydə alınıb

ABŞ-da son bir gündə koronavirusa 31 mindən çox yoluxma qeydə alınıb

23 İyun, 17:25 Sosial mediada paylaşın:

ABŞ-da son sutka ərzində koronavirusa 31 min 496 yoluxma və 363 ölüm faktı qeydə alınıb. Pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da həm yoluxma, həm də ölüm hallarında bir gün əvvələ nisbətən artım müşahidə edilib. İyunun 21-də ölkədə koronavirusa yoluxanların sayı 26 min 79 nəfər, ölənlərin sayı isə 267 nəfər olub.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 17:20-yə olan məlumatına əsasən, dünyada 9 milyon 225 mindən çox yoluxma aşkarlanıb. Yoluxma hallarının 475 min 64-ü ölümlə nəticələnib, 4 milyon 970 minə yaxın xəstə isə sağalıb. Hazırda müalicəsi davam edən 3 milyon 780 min 393 nəfərdən 57 min 925-nin vəziyyəti ağır qiymətləndirilir. Birləşmiş Ştatlarda indiyə qədər 2 milyon 389 min 785 nəfər COVID-19 infeksiyasına yoluxub, 1 milyon 3 min 258 nəfər sağalıb. Aktiv xəstələrin sayı isə 1 milyon 263 min 868 nəfərdir. Onlardan 16 min 510-nun vəziyyəti ağır qiymətləndirilir. ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

CANLI YAYIM