İlin birinci yarısında yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

İlin birinci yarısında yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

2 Avqust, 15:11 Sosial mediada paylaşın:

Hazırda ölkədə yaşa və əlilliyə görə pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılır. Gələcəkdə isə ailə başçısının itirilməsinə görə də pensiya təyinatı elektron qaydada aparılacaq.

Ümumilikdə isə ilin birinci yarısında ölkədə 16 mindən çox vətəndaşa yaşa görə pensiya təyin olunub. Həmin təyinatların 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib.

 

***

E-pensiya sistemi yaşa görə pensiya təyin olunanların sayının artmasına da səbəb olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında yaşa görə əmək pensiyası təyinatlarının sayı 67,7 faiz artıb.

Bu ilin birinci yarısında 22 min 500 nəfərə pensiya təyin edilib. Onlardan 16 mindən çox şəxs yaşa görə, digərləri isə əlilliyə və ailə başçısının itirməsinə görə pensiya alanlardır. Yaşa görə pensiya təyin edilənlərin təxminən 14 min nəfərinə isə elektronlaşmış qaydada pensiya təyin edilib.

E-qaydada pensiya təyinatı sisteminin mühüm üstünlüklərindən biri vətəndaşın yaşa görə pensiya hüququ yarandığı gün onun müraciəti olmadan, hər hansı sənəd təqdim etmədən, avtomatik qaydada pensiya təyinatı aparılması və bu barədə e-qaydada özünə məlumat göndərilməsidir. Bununla da sistem əvvəlki illərdə yaşa görə pensiya hüququ yaranan, lakin müraciət etmədiyi üçün pensiya təyinatı aparılmamış şəxslərin də bu ilin əvvəlindən pensiya hüquqlarının avtomatik reallaşdırılmasına imkan verib. Hazırda pensiya 3 istiqamətdə yaşa, əlilliyə və ailə başçısının itirməsinə görə həyata keçirilir. Yaşa görə pensiyanın avtomatlaşdırlması yanvarın 1-dən, əlilliyə görə isə mart ayından aparılır. Gələcəkdə isə ailə başçısının itirməsinə görə də pensiyanın verilməsi elektron qaydada aparılacaq

Hazırda ölkədə 1 milyon 293 min 560 pensiyaçı var. Qanunvericiliyə uyğun olaraq hər bir vətəndaş yaş həddi çatdığı müddətdə pensiyaya çıxmaq hüququ yaranır. İşlədiyi yerdən asılı olaraq ağır şəraitdə işləyən, qanunvericiliyə əsasən 5 və daha artıq uşağı olanlara isə vaxtından əvvəl pensiya çıxmaq hüququ verilir.

 

Aztv.az

 

 

 

CANLI YAYIM