Ölkəmiz daha bir möhtəşəm tədbirə evsahibliyi etdi FOTO / VİDEO

2 Avqust, 12:11 Sosial mediada paylaşın:

Bu günlərdə paytaxtımızda daha bir mötəbər tədbirin şahidi olduq. Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçirildi. Bu təntənəli idman bayramını təşkil edənlər və qaliblər “Görüş yeri”nin  növbəti qonaqlarıdır. 

Verilişdə “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının korporativ direktoru Elçin Səfərov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Konüllülər üzrə meneceri Tural Hümbətov, cüdoçu, qızıl medal mükafatçısı Hüseyin Məmmədov, cüdoçu, qızıl medal mükafatçısı Tural Bayramov, cüdoçu, bürünc medal mükafatçısı Şükran Zamanlı, cüdoçu, gümüş medal mükafatçısı Vüqar Talıbov və gimnastika üzrə gümüş medal mükafatçısı Səməd Məmmədov tədbirlə bağlı fikirlərini tamaşaçılarla bölüşəcəklər.

Verilişə avqustun 3-də, saat 22:45-də Dilarə Səlimin təqdimatında baxa bilərsiz.