“Yuğ”un “Lənət”i sosial şəbəkələrdə nümayiş olunacaq

“Yuğ”un “Lənət”i sosial şəbəkələrdə nümayiş olunacaq

9 İyun, 16:48 Sosial mediada paylaşın:

Azərbaycan Dövlət “Yuğ” Teatrının “Lənət” tamaşası növbəti dəfə iyunun 20-də teatrın sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş olunacaq.

Uilyam Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış tamaşaya bolqar rejissor Xristo Stoyçev quruluş verib. Tamaşanın rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramindir.

Pyesi Azərbaycan dilinə Xalq artisti Vidadi Həsənov tərcümə edib. Səhnə əsərində rolları Əməkdar artist Sonaxanım Mikayılova, aktyorlar Vüqar Hacıyev, Zümrüd Qasımova, Elgün Həmidov və Natəvan Qeybani ifa edirlər. 

CANLI YAYIM