Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisas yaradılıb

Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisas yaradılıb

1 Avqust, 13:05 Sosial mediada paylaşın:

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Bununla bağlı Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Magistratura səviyyəsi üzrə” bölməsinə “XTM060009 İnformasiya-təhlil fəaliyyəti” sətrindən sonra “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətri əlavə edilib.

CANLI YAYIM