Prezident İlham Əliyev milli bayram münasibətilə İsveçrənin Prezidentini təbrik edib

Prezident İlham Əliyev milli bayram münasibətilə İsveçrənin Prezidentini təbrik edib

31 İyul, 17:07 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Ueli Maurerə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Azərbaycan-İsveçrə əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev bu əlamətdar gündə İsveçrə Prezidentinə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsveçrə xalqına daim sülh və firavanlıq arzulayıb.

CANLI YAYIM