Bakıdakı yarmarkalarda satılan kənd təsərrüfatı məhsullarının qiymətləri - BİRBAŞA BAĞLANTI

Bakıdakı yarmarkalarda satılan kənd təsərrüfatı məhsullarının qiymətləri -BİRBAŞA BAĞLANTI

30 May, 15:35 Sosial mediada paylaşın:

Bu gündən etibarən paytaxtın müxtəlif yerlərində “Kənddən şəhərə” adlı kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Karantin rejimi ilə əlaqədar bir müddət təxirə salınmış yarmarkalar Ramazan bayramından sonra hər həftənin şənbə-bazar günləri yenidən fəaliyyətə başlayıblar.

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Yasamal rayonunda təşkil olunan "Kənddən şəhərə" yarmarkasında olublar və oradakı qiymətlərlə maraqlanıblar. Yarmarkada istənilən kənd təsərrüfatı məhsuluna rast gəlmək olar: lobya, badımcan, xiyar, pomidor və s. Yarmarkada təklif olunan qiymətlər də bazar qiymətlərindən daha münasibdir. Belə ki, yarmarkada Göyçay rayonundan gətirilən lobya 1.50, badımcan 1.80, xiyar 60-80 qəpik, pomidor isə 1 AZN-ə satılır. 

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib ki, bu həftə paytaxtın 3 nöqtəsində "Kənddən şəhərə" yarmarkaları təşkil olunur. Digər yarmarkalar isə Nərimanov və Binəqədi rayonlarınddır. Yarmarkalarda ümumilikdə 100-ə yaxın fermer iştirak edir.

Daha ətraflı məlumatı videonu izləyərək əldə edə bilərsiniz. 

CANLI YAYIM