Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadılıb

Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadılıb

29 May, 17:39 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırmışdır.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılmışdır.

CANLI YAYIM