“Mədəniyyət” telekanalının təşkilatçılığı ilə yeni layihə həyata keçirilib

“Mədəniyyət” telekanalının təşkilatçılığı ilə yeni layihə həyata keçirilib

29 May, 15:20 Sosial mediada paylaşın:

“Mədəniyyət” kanalı 28 may – Respublika Günü ilə bağlı yeni layihə həyata keçirib.  Layihə çərçivəsində ölkəmizə həsr olunan bir neçə mahnıya video-çarx çəkilib.

Yeni klip Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısına çəkilib. Video-çarxın ərsəyə gəlməsində  əməkdar artist, dirijor Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə teatrın Orkestri də iştirak edib. Kompozisiyanın vokal hissələrini isə Opera və Balet Teatrının solistləri, xalq artisti Fidan Hacıyeva və əməkdar artistlər səsləndiriblər.

Digər video-çarx isə sözləri Şahin Musaoğluya, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus "Ölkəm" mahnısına həsr edilib. Azərbaycanın məşhur opera ifaçısı, əməkdar artist İnarə Babayevanın ifasında təqdim olunan klipin məqsədi ölkəmizin gözəlliyini musiqi dili ilə tamaşaçılara təqdim etməkdir.

Respublikanın əməkdar artistləri Səbinə Babayeva və Nurlan Növrəslinin ifa etdiyi “Vətən” mahnısının da klipi işıq üzü görüb. Kompozisiyanın sözləri əməkdar incəsənət xadimi, şair Baba Vəziroğluya, musiqisi bəstəkar Pikə Axundovaya məxsusdur.

Layihə çərçivəsində klipi təqdim olunan digər mahnı da “Azərbaycan” adlanır. Tahir Əkbər və Mahirə Nağıyevaya aid mahnını Muğam Televiziya Müsabiqəsinin qalibləri, Azərbaycan Televiziyasının solistləri Almaxanım Əhmədli, Nurlan Namazov, Malik Həsənov, Gülzar Fərəcova, Orxan Hüseynli, İlahə Rüstəmova və Murad Hüseynzadə ifa ediblər...

CANLI YAYIM