Sabah paytaxt küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah paytaxt küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

29 May, 11:31 Sosial mediada paylaşın:

Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat əldə edilib. 

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

CANLI YAYIM