Almaniya mətbuatı Azərbaycan Televiziyasının reportajı barədə yazdı

Almaniya mətbuatı Azərbaycan Televiziyasının reportajı barədə yazdı

31 İyul, 15:33 Sosial mediada paylaşın:

Almaniyanın “Haller Tagblatt” qəzetində və www.swp.de saytında Azərbaycan Televiziyasının Almaniyada Qarabağ atlarının saxlandığı məkandan hazırladığı reportaj barədə məqalə dərc edilib.

Məqalədə qeyd edilib ki, Almaniyanın Odenvald regionunda  “Qarabağ Atları həvəskarları” təşkilatının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın Atçılıq Federasiyasının vitse prezidenti Bəhruz Nəbiyev və Azərbaycanın yerli televiziya kanalı - Azərbaycan Televiziyasının reportyor heyəti iştirak edib.

Məqalədə daha sonra bildirilir ki, Baden-Vürtenberq vilayətininin Oberzonthaym şəhərində Qarabağ atlarının saxlandığı məkandan Televiziyanın əməkdaşları xüsusi reportaj hazırlayıblar.

“Onlar Almaniyada Qarabağ atları ilə maraqlanan sakinlərlə həmsöhbət olublar. Kanalın əməkdaşı ilə söhbətimiz zamanı öyrəndik ki, Azərbaycan televiziyası bu gün dünyada inkişaf etmiş ən müasir və köklü televiziyalardan biridir. Onların hazırladığı reportaj Almaniyada da böyük maraqla qarşılandı. Onu da deyək ki, Almaniyada yaradılan bu məkan Qarabağ atlarının inkişafı və artırılmasında öz töhfəsini verir. Bildiyimiz kimi, Qarabağ atları çox nadir və gözəl cinsdir. Dünyada 200-ə qədər Qarabağ atı var.  Qarabağ atlarından 4-ü Obersonhaymda saxlanılır. Azərbaycanda atların milli yarışı olan Çövkən oyunu var. Bu oyun Poloya bənzəyir. Çövkən “UNESCO”nun dünya mədəni irs siyahısına da daxil edilib” – deyə yazıda qeyd edilir.

Yazının tam mətni ilə bu linkdə tanış olmaq olar:

https://www.swp.de/suedwesten/landkreise/lk-schwaebisch-hall/obersontheim-aserbaidschan-tv-team-obersontheimer-zuechten-pferde-fuer-aserbaidschan-32132626.html?fbclid=IwAR0oNMV5eSIf-TGsOkDNOb4Moop8PBHvjb7m2pgLFq4WxVCucLG98CdHo6M

 

CANLI YAYIM