Postpandemiya dövründə turizm obyektləri bəzi şərtlərlə işləyə biləcək - REPORTAJ

Postpandemiya dövründə turizm obyektləri bəzi şərtlərlə işləyə biləcək -REPORTAJ

26 May, 13:31 Sosial mediada paylaşın:

Koronavirus pandemiyasının təsir etdiyi sahələrdən biri də turizmdir. Elə pandemiya bitdikdən və xüsusi karantin rejimi ləğv edildikdən dərhal sonra bu sahədə fəaliyyət bərpa olunacaq. Lakin postpandemiya dövründə turizm obyektləri, restoran və kafelər bəzi qaydalara riayət edərək xidmət göstərəcəklər. Postpandemiya dövründə daxili turizmin inkişafi üçün layihələr həyata keçiriləcək.

Çünki daxili turizmin inkişafı dövlətin prioritetlərindədir. Bu məsələ təkcə postpandemiya dövrü üçün aktual deyil. Lakin koronavirusun vurduğu ziyan turizm sektorunun yenidən dirçəldilməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac yaradıb. İlk olaraq, bu sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyi göstərilib. Növbəti mərhələdə isə Azərbaycanın sağlam turizm məkanı kimi tanıdılmasında mühüm rol oynayacaq “SAHMAN” layihəsi işlənib hazırlanıb.

İstirahət məkanlarında insanların sıx toplaşdığı və ümumi istifadə etdiyi yerlər, əsasən yeməkxana, kafe və restoranlardır. Bu obyektlərin fəaliyyətinə də müəyyən metodiki göstərişlər əsasında icazə veriləcək. Obyektin işçiləri şəxsi gigiyena qaydalarına əməl etməli, ərazi  mütəmadi dezinfeksiya olunmalıdır.

Ekspertlər deyir ki, postpandemiya dövründə xarici səyahətlər risk daşıdığından bu, yerli turizmin inkişafı üçün zəmin yaradıb. Lakin sahibkarlar qoyulan tələblərə riayət etməli və qiymətləri əhalinin cibinə uyğun müəyyənləşdirməlidirlər.

Sabir Bilalov

CANLI YAYIM