Bu gün Türkiyədən daha 174 azərbaycanlı Bakıya çatdırılacaq

22 May, 14:10 Sosial mediada paylaşın:

COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin müvəqqəti bağlanmasından sonra Türkiyədə qalan və Vətənə qayıtmaq istəyən azərbaycanlıların təxliyəsi davam edir.

Soydaşlarımızın təxliyəsi üçün növbəti çarter reysi mayın 22-də təşkil ediləcək. Bu reys vasitəsilə biri körpə olmaqla 174 azərbaycanlı İstanbul Hava Limanından Vətənə gətiriləcək.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.

CANLI YAYIM